Nəqliyyat işçiləri narazıdır

Nəqliyyat işçiləri narazıdır

Almaniyada 90 minədək nəqliyyat işçisi tətil keçirəcək. Bu barədə qərar şənbə günü nəqliyyat işçilərinin həmkarlar ittifaqı tərəfindən açıqlanıb. Tətilin keçirilməsinə səbəb isə ictimai nəqliyyat sektorunda çalışan işçilərin əməkhaqlarının artırılması ilə bağlı tələblərinin hələ də yerinə yetirilməməsidir. Qeyd edilir ki, bir müddət əvvəl ictimai nəqliyyat işçiləri hökumətdən əməkhaqlarının təqribən 150 avro artırılmasını tələb ediblər.
Məlumatı “Bild” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

Mənbə: xalqqazeti.com