70 min dollarlıq saç düzümü və vergidən yayınmağın 3 yolu: NYT Trampın maliyyəsindən danışdı

70 min dollarlıq saç düzümü və vergidən yayınmağın 3 yolu: NYT Trampın maliyyəsindən danışdı

Tramp saç düzümünə təxminən 70 min dollar xərcləyib və üstəlik, şəxsi təyyarəsinə xərclədiyi vəsaiti istehsal xərclərinə daxil edib. Bankeraz xəbər verir ki, u məlumatlar Trampın açıqlamaqdan imtina etdiyi vergi sənədləri əsasına NYT araşdırmasından sonra üzə çıxıb.

ABŞ prezidenti Donald Tramp artıq bir ildir ki, gəlir vergisi ödəmir və ümumilikdə, vergi yükünün 72,9 dollar azaldılmasına anil olub. Qəzet ABŞ prezidentinin 20 il əvvəlki vergi sənədləri ilə tanış olub. Tramp maliyyəsi ilə bağlı məlumatları inadla gizlətdiyindən, onun ödəyib-ödəmədiyi vergilər haqqında məlumatlar son illərdə mütəxəssisləri ən çox maraqlandıran mövzulardan biri olub.

 

Araşdırma nəticəsində prezidentin 18 ildən 11 il ərzində (2000-2017) federal gəlir vergisini ödəmədiyi məlum olub. 2016-cı ildə isə prezident seçkilərində qalib gəldiyi gündən bəri, Tramp cəmi 750 dollar vergi ödəyib.

Qiymətləndirmələrə görə, o, ABŞ tarixində ən zəngin prezidenti ola bilər. Bununla yanaşı, Tramp son prezidentlərdən fərqli olaraq, daha az vergi ödəyir. Müqayisə üçün: Barak Obama və Corc Buş (kiçik) ildə 100 min dollardan çox vergi ödəyirdilər. Tramp isə son 20 ildə ən zəngin vergi ödəyicilərindən (bütün vergi ödəyicilərinin 0,001%-i) təxminən 400 milyon dollar az vergi ödəyib.

Ümumilikdə, Tramp 18 il ərzində təxminən 95 milyon dollar federal vergi ödəyib. Eyni zamanda bu pulun çox hissəsini geri qaytarıb (72,9 milyon dollar). Bundan sonra Trampın 2000-ci ildən 2017-ci ilə qədər ödədiyi vergi miqdarı ildə 1,4 milyon dollara düşüb. Qeyd edək ki, Amerikanın hər birzəngin vergi ödəyicisi orta hesabla ildə 25 milyon dollar vergi ödəyir.

Tramp şirkətinin bəzi xərclərini istehsal xərclərinə aid edərək, bəzi vergilərdən yayınmağı bacarıb. Məsələn, istehsal xərclərinə həmçinin şəxsi təyyarəsinin, o cümlədən onun məşhur saç düzümünün xərcləri də daxil edilib. Bildiyimiz kimi, şirkət istehsal xərclərinə görə vergi ödəməyə bilər. Digər bir nümunə: Tramp ailəsinin çox vaxt keçirdiyi Seven Springs rezidensiyası (Nyu-York ştatı) sənədlərdə investisiya mülkü olaraq göstərilib və bu, prezidentə təxminən 2,2 milyon dollar vergi qənaət etməyə kömək edib.

Vergidən yayınmağın daha bir yolu “konsultasiya xərcləri”dir. Belə ki, şirkətlər konsultasiya xərclərini də istehsal xərclərinə daxil edərək, vergi ödəməyə bilərlər. Praktiki olaraq, Trampın bütün layihələri 20%-ni bu istiqamətə yönəldib: 2010-cu ildən bəri prezident 26 milyon dollar vergi ödəməkdən yayınmağı bacarıb.

Bununla yanaşı, onun bizneslərinin əksəriyyəti zərər etdiyini açıqlayır. 2000-ci ildən bəri Tramp təkcə golf sahəsindən 315 milyon dollar itirdiyini bildirdi. Bəzən açıqlanmış zərərlər gəliri ya tamamilə “silirdi”, ya da əhəmiyyətli dərəcədə ixtisar edərək prezidentin vergi yükünü azaldırdı.

Tramp prezidentlik uğrunda gedən yarışmada qalib gəldiyini açıqlayandan sonra lobbiçilərdən, siyasətçilərdən və xarici rəsmilərdən əhəmiyyətli məbləğlər almağa başlayıb. Məsələn, onlar Trampın əmlakından və ya golf klublarından istifadə etdiklərinə görə əlavə pul ödəyirlər.

Önümüzdəki illərdə Tramp 100 milyon dollarlıq kredit daxil olmaqla bir neçə borcunu ödəməli olacaq. O, bu məqsədlə artıq milyonlarla səhm və istiqraz satıb. Bundan əlavə, Tramp şəxsi zəmanət əsasında aktiv olaraq borc götürməyə davam edir – hal-hazırda onun maliyyə öhdəlikləri 21 milyon dollara çatır. Əgər o, noyabr ayında keçiriləcək prezident seçkilərində qalib gəlsə, kreditorlar seçim qarşısında qalacaqlar: onlar ya prezidenti əmlakından məhrum etməli, ya da bu borcu “bağışlamalı” olacaqlar.

Mənbə: banker.az