Dünya Bankı Çinin ÜDM artımı proqnozunu azaldıb

Şərqi Asiya və Sakit Okeanı regionunun iqtisadiyyatının 2020-ci ildə 0,9% artacağı gözlənilir ki, bu da 1967-ci ildən bəri ən aşağı artımdır.

“Finans.az” xəbər verir ki, bu barədə Dünya Bankının (DB) bazar ertəsi yayımlanan hesabatında deyilir.

Eyni zamanda, DB 2020-ci ildə Çinin ÜDM artımı ilə bağlı proqnozunu mart ayında elan edilmiş 2,3%-dən 2%-ə qədər endirib. Regionun inkişaf etməkdə olan digər ölkələrin ÜDM-nin isə 3,5% azalacağı proqnozlaşdırılır. Belə ki, baza ssenaridə İndoneziya iqtisadiyyatı 1,6%, hadisələrin mənfi axarla inkişafında isə 2% azalacaq. Malayziyanın ÜDM-də 4,9% (6,1%), Filippində 6,9% (9,9%), Tailandda 8,3% (10,4%) azalma ola bilər. Bunların fonunda Vyetnamın əsas ssenari üzrə ÜDM-də 2,8%, hadisələrin mənfi axarla inkişafında isə 1,5% artım əldə edəcəyi gözlənilir. Bank belə bədbin proqnoza səbəblər kimi pandemiyanı, infeksiya ilə mübarizə xərclərinin artmasını və həmçinin koronavirusun yaratdığı qlobal tənəzzülün nəticələrini göstərib.

Cari ildə aşağı artım templəri olmasına baxmayaraq, bank mütəxəssislərinin hesablamalarına görə, bölgədə ÜDM artımının bərpası 2021-ci ildə başlayacaq. Belə ki, proqnoza görə, gələn il Çin iqtisadiyyatının artım tempi 7,9%-ə, Şərqi Asiya və Sakit okeanı regionu dövlətlərində isə 5,1%-ə çata bilər.

Finans.az

ƏVVƏLKİ XƏBƏR

Populist siyasətçinin avantüralarının sonu...

SONRAKI XƏBƏR

Deputat cəbhə bölgəsindəki xəstəxanada niyə TƏSİRLƏNDİ...