Avropa bazarında qaz xeyli bahalaşıb

Avropa bazarında qaz xeyli bahalaşıb

Avropa birjalarındakı hərraclarda təbii qaz mayın 21-də qeydə alınan 34 dollarlıq tarixi minimuma nisbətən 4,4 dəfə bahalaşıb.

“Finans.az” xəbər verir ki, bunun səbəbləri arasında havaların tez soyuması göstərilir. Bununla belə Luisianadakı “Henry Hub”da da təbii qazın 1000 kumbetri 100 ABŞ dollarınadək (1 MMBTU – 2,8 dollar) bahalaşıb. Belə ki, ABŞ bazarındakı qiymətlər Avropa bazarındakından bir qədər aşağı olsa da, bu fərq qazın mayeləşdirilərək Avropaya daşıma xərclərini ödəyəcək qədər deyil.

“Bloomberg” xəbər verir ki, sentyabr ayında ABŞ-dan Avropaya LPG (maye qaz) gündəlik tədarükü ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz az olub. Bütövlükdə isə cari ildə Avropa bazarına LPG tədarükü 2019-cu ilə nisbətən 0,2 faiz artıqdır.

Mənbə: finans.az