İstanbulda 32 mindən çox binanın zəlzələyə dayanıqlığı yoxlanacaq

İstanbulda 32 mindən çox binanın zəlzələyə dayanıqlığı yoxlanacaq

İstanbulda baş verə biləcək güclü zəlzələ zamanı dayanıqlıq gücünün yoxlanması məqsədilə şəhərdə 32 min 377 bina təkrar yoxlamadan keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsindən bildirilib.

Qeyd edilib ki, 2000-ci ildən əvvəl inşa olunan bu binaların böyük əksəriyyəti şəhərin Avcılar və Silivri bölgələrində yerləşir. Xüsusi mühəndis qrupları tərəfindən yoxlanacaq tikililər arasında dövlət qurumlarının binaları da var. Yüksək riskli binaların yenidən inşası nəzərdə tutulur.

89 iş günü ərzində tamamlanması planlaşdırılan bu layihənin əsas məqsədi baş verə biləcək güclü yeraltı təkanlar zamanı insan itkisinin qarşısını almaqdır.

Mənbə: cia.az