YT Parkın direktoru: Zavodumuz Azərbaycan Ordusunu mühərrik yağları ilə təchiz etməyə hazırdır

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) Təcrübə-Sənaye Zavodu Azərbaycan Ordusunu mühərrik yağları ilə təchiz etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu YT Parkın direktoru Vasif Abbasov deyib.

Parkın direktoru vurğulayıb ki, rəhbərlik etdiyi qurumun rezidenti olan AMEA-nın Təcrübə-Sənaye Zavodunda ən müasir tələblərə cavab verən, yüksək keyfiyyətə malik mühərrik, transmissiya, kompressor, hidravlika yağları, sürtkü materialları və s. istehsal edilir.

Onun sözlərinə görə, Təcrübə-Sənaye Zavodu zərurət yarandığı halda Azərbaycan Ordusuna dəstək verməyə, Ordumuzu müxtəlif mühərrik yağları və digər vasitələrlə təchiz etməyə hazırdır.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Ermənilər Tərtərdə mülki sakinləri hədəf aldı - VİDEO

SONRAKI XƏBƏR

Kontakt Home cəbhəyə yollanan əməkdaşın ailəsinə 500 manat yardım ayırdı