"Azərişıq": Sosial şəbəkələr üzərindən müraciətlərin cavablandırılmasında gecikmələr yarana bilər

"Azərişıq": Sosial şəbəkələr üzərindən müraciətlərin cavablandırılmasında gecikmələr yarana bilər

Azərbaycan üzrə internetin verilməsində tətbiq olunan məhdudiyyət səbəbindən Bakıda elektrik enerjisi abonentlərinin sosial media üzərindən müraciətlərinin cavablandırılmasında gecikmələr yarana bilər.

Bu barədə "APA-Economics"ə "Azərişıq" ASC-dən bildirilib.

Qeyd olunub ki, yaranmış vəziyyətlə bağlı müraciətlər 199 Çağrı Mərkəzi vasitəsilə qəbul olunur. Çağrı Mərkəzinə edilən zənglər ödənişsizdir.

Mənbə: apa.az