Aİ liderləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Aİ liderləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Avropa İttifaqının (Aİ) qarşıdakı sammitində Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq. “Qafqazinfo”nun məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin dərc etdiyi bəyanatında deyilir.

Aİ liderləri, həmçinin Belarusdakı vəziyyəti, Çinlə münasibətləri, Yunanıstan və Türkiyə münaqişəsini, Brexit-i müzakirə edəcəklər. Müzakirələrdə “Navalnı işi”nə də toxunulacaq.

Qeyd edək ki, Avropa İttifaqının ikigünlük sammiti oktyabrın 1-də işə başlayacaq.

Mənbə: qafqazinfo.az