Ərzaq qıtlığı yaşanmayacaq (VİDEO)

Ərzaq qıtlığı yaşanmayacaq (VİDEO)

Arxa cəbhədə kənd təssərrüfatının fəaliyyətinin qurulması, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması üçün heç bir problem yoxdur və olmayacaq.

Bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov deyib. Onun sözlərinə görə, Nazirlik fermerlərlə birgə bu məsələdə hər hansı bir çətinliyin yaranmaması üçün böyük səylə çalışır.

Vüqar Hüseynovun sözlərinə görə, Nazirlik tərəfindən təmas xəttində, xüsusilə də mülki əhalinin atəşə tutulduğu ərazilərdə monitirinqlər aparılır. Döyüşlərin başlaması məhsul yığımının aktiv dövrünə təsadüf etməsinə baxmayaq, həm məhsulun toplanması həm də payızlıq şum işlərinin aparıması sürətlə davam etdirilir.

Mənbə: www.realtv.az