Avropada qaz maksimum bahalaşdı

Avropada qaz maksimum bahalaşdı

Avropada qazın qiyməti qalxmağa başlayıb.

Korrespondent.net xəbər verir ki, may ayında min kubmetr qazın orta qiyməti 55 dollar idisə, indi 137 dollardır. Bu, cari ilin başlanğıcından bəri ən yüksək göstəricidir.

Soyuq hava səbəbindən qiymətin qısa zamanda 10 dollar artdığı qeyd edilib.

Asiyada da qazın bahalaşdığı bildirilir. Orada qiymətlər 180 dollara çatıb.

Mənbə: www.oxu.az