Nyu-York Birjasında əsas indekslər ucuzlaşıb

Nyu-York Birjasında əsas indekslər ucuzlaşıb

ABŞ-da prezidentliyə namizədlərin televiziya debatları investorlarda gərginlik yaradıb. Nəticədə Nyu-York Fond Birjasında (NYSE) keçirilən hərracda əsas indekslər ucuzlaşıb.

“Report” xəbər verir ki, hərracın sonunda “Dow Jones” Sənaye İndeksi 134,45 bənd (-0,49%) enişlə 27 449,61 bəndə, ABŞ-ın 500 ən iri şirkətini əhatə edən “S&P 500” indeksi də 16,36 bənd (-0,28%) azalma ilə 3 335,24 bəndə geriləyib.

“Nasdaq” Texnologiya İndeksi də 31,65 bənd (-0,28%) geriləyərək 11 085,88 bəndə düşüb.

Bundan başqa, “WTI” markalı yüngül neftin noyabr fyuçerslərinin qiyməti 0,64 faiz ucuzlaşaraq 39,04 ABŞ dolları təşkil edib.

Mənbə: cia.az