Naxçıvanda kartof istehsalı yanvar-avqustda 1,5% artıb

Naxçıvanda kartof istehsalı yanvar-avqustda 1,5% artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikada 118 016 ton dənli və dənli paxlalılar, 1 669 ton dən üçün qarğıdalı, 134 ton dən üçün günəbaxan və 44 309,1 ton kartof istehsal olunub.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə dənli və dənli paxlalılar istehsalı 7,5%, dən üçün qarğıdalı istehsalı 11,4%, kartof istehsalı isə 1,5% artıb.

Hesabat dövründə muxtar respublikada həmçinin 28 353 ton meyvə istehsal olunub ki, bu da bir il öncəki müvafiq göstəricidən 1% çoxdur. Bununla yanaşı üzüm istehsalında da 1,1% artım qeydə alınıb ki, bu da həcm baxımından 5 190,4 ton təşkil edib.

Respublika üzrə həmçinin 28,8 ton tütün, 51 804 ton tərəvəz, 25 041 ton bostan məhsulları istehsal olunub.

Mənbə: apa.az