Əli Hüseynli: "İşğalda olan rayonlarımız azad olunandan sonra orada olan dəmir yolu xətləri yenidən qurulacaq"

Əli Hüseynli: "İşğalda olan rayonlarımız azad olunandan sonra orada olan dəmir yolu xətləri yenidən qurulacaq"

“Azərbaycanda dəmiryolunun yaranması ili kimi 1888-ci il qeyd olunur. Sonrakı dövrlərdə Azərbaycanda dəmiryolu nəqliyyatı inkişaf edib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında İ vitse-spiker Əli Hüseynli deyib. O bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın bütün ərazisində dəmir yolunun inkişafına xüsusi önəm verib: “Təəssüflər olsun ki, Azərbaycan ərazisi müstəqilliyimizin ilk illərində işğal olunarkən Naxçıvan ərazisinə gedən dəmir yolu xətti ziyan görüb. Heç şübhəsiz ki, Ordumuz tərəfindən həyata keçirilən əməliyyatlarla işğalda olan rayonlarımız da azad olunacaq və burada olan dəmir yolu xətləri yenidən qurulacaq. Azərbaycanın dəmir yolları ilə bağlı medalın təsis edilməsi bu sahədə çalışanlara stimul olacaq”.

Mənbə: apa.az