Azərbaycan peyk xidmətləri ixracını 9%-dək artırıb

Bu ilin yanvar-avqust aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 30 ölkəsinə 30,4 mln. ABŞ dolları xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6% çoxdur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90%-ni təşkil edib.

2020-ci ilin avqust ayında isə "Azərkosmos" dünyanın 19 ölkəsinə 2,3 mln. dollar dəyərində xidmət ixrac edib. ASC-nin 2020-ci ilin yanvar-avqust aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Malayziya və BƏƏ olub.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

“SABA CARS AZERBAİJAN” MMC Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırdı

SONRAKI XƏBƏR

Paşinyanın oğlu Qarabağda döyüşməkdən İMTİNA ETDİ