"Azexport" portalına daxil olan ixrac sifarişləri 7,5% artıb

Bu ilin yanvar-avqust aylarında “Azexport.az” portalına 429,4 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5% çoxdur.

2020-ci ilin avqust ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 54,9 mln. ABŞ dolları təşkil etmiş və ötən ilin müvafiq ayı ilə müqayisədə 4,2% çox, bu ilin iyul ayı ilə müqayisədə isə 0,2% azdır.

Ümumilikdə, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 avqust tarixinədək (44 ay ərzində) “Azexport” portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,14 mlrd. dollar təşkil edib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Millət vəkili: "Səfərbərliklə bağlı qanunvericiliyi dəyişməliyik"

SONRAKI XƏBƏR

Deputatlardan tələb: Azərbaycan İsraildə səfirlik açsın!