BMT dünya ölkələrini qənaətdən imtina etməyə çağırıb

COVID-19 pandemiyası dövründə Birləşmiş Millətlər Təşkilatı (BMT) dünya ölkələrini qənaətdən imtina etməyə çağırıb, həmçinin dövlət büdcələrinin xərclərini artırmaq və xaricə kapital axınını dayandırmaq üçün aşağı əməkhaqqı alan işçilərin məvaciblərini artırmaq, sərvət vergilərini yüksəltmək və şirkətlər üzərində nəzarəti gücləndirməyi tövsiyə edib.

Bu barədə "APA-Economics"in BMT-nin Ticarət və İnkişaf Konfransının dünya ölkələrinə böhrandan çıxmağa dair tövsiyələrin yer aldığı hesabatına istinadən xəbər verir. Hesabatda qeyd edilir ki, builki sarsıntılardan sonra qlobal ÜDM təxminən 4,3% azalacaq və ilin sonunadək pandemiyadan əvvəlki səviyyədən təxminən 6 trln. dollar az olacaq.

Bundan başqa, hesabata görə, bu şokların əsas nəticəsi sərvət bərabərsizliyinin artması və aztəminatlı vətəndaşların həssaslığının artması olacaq.

"İnkişaf etmiş ölkələrdə şirkətlərin təhlükəli maliyyə vəziyyəti investorların etibarını azaldacaq və artan dövlət borcları ilə birlikdə vergi gəlirlərinin azaldılması inkişaf etməkdə olan ölkələrin maliyyə məkanını məhdudlaşdıracaq", - hesabatda deyilir.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Ermənilərin komanda məntəqəsinə atəş zərbəsi endirildi: Ölənlər və yaralananlar var - RƏSMİ

SONRAKI XƏBƏR

Tamam Cəfərova: 27 sentyabr hadisələri Ermanistanın yeni işğal siyasətinin təzahürüdür