“2030-cu ildən sonra  dünya neftdən imtina edəcək...”-SOS!!!

“2030-cu ildən sonra  dünya neftdən imtina edəcək...”-SOS!!!

Fransanın “Total” neft və qaz şirkəti dünya neft hasilatının yaxın bir müddətdə dayandırılacağını təxmin edib.

Moderator.az xəbər verir ki, bu haqda “Bloomberg” məlumat yayıb.

Şirkət analitiklərinin fikrincə, neft əsaslı yanacaqlara olan tələb 2030-cu ildən sonra azalacaq. Şirkət dünyanın tədricən daha ekoloji cəhətdən təmiz enerji mənbələrinə keçəcəyini qeyd edir. Yaxın onilliklərdə qlobal bazarda əsas rol oynayacağı gözlənilən təbii qaz ən perspektivli hesab edilir.

Mütəxəssislə 2050-ci ilə qədər elektrik enerjisinə olan tələbin əhəmiyyətli dərəcədə artacağını və bunun dünyanın enerji ehtiyacının 30-40% -ni təmin edəcəyini vurğulayırlar.

Qeyd edilir ki, “Total”, xüsusilə, yaşıl enerji, günəş və külək elektrik stansiyalarına investisiya yatırır.

Mənbə: moderator.az