Hərbi xidmətə çağırılan vətəndaşların aviabiletləri cəriməsiz qaytarılacaq - THY

Hərbi xidmətə çağırılan vətəndaşların aviabiletləri cəriməsiz qaytarılacaq - THY

Azərbaycan Respublikasının qismən səfərbərlik elan etməsini nəzərə alaraq, Türk Hava Yolları hərbi xidmətə çağrılan sərnişinlərin biletlərinin təmamiylə cəriməsiz qaytarılması haqqında qərar qəbul edib.

Aviaşirkətdən Turizmplus.az saytına bildirilib ki, çağırış vərəqəsi ilə səfərbərlik çərçivəsində Milli Orduya cəlb olunacaq olan, ancaq önümüzdəki günlərə uçuş bileti sahibi sərnişinlər aviabilet aldıqları şirkətlərə müraciət edə bilərlər.

Ödənişin qaytarılması, PNR’a baxılaraq TK Bakı ofisinin xüsusi icazəsi ilə yerinə yetiriləcək. "No Show" olmaması üçün yerlərin çıxardılması və çağırış vərəqəsinin kopyasının THY-ə göndərilməsi mütləqdir.

Mənbə: turizmplus.az