Nazir: "Bölgələrdə şagird sayı 200-dən az olan məktəblərdə həftədə 5 gün dərs olacaq"

Nazir: "Bölgələrdə şagird sayı 200-dən az olan məktəblərdə həftədə 5 gün dərs olacaq"

"Gündəlik yoluxmada azalma hiss edirik. Oktyabrın 1-dən məktəblər iki kateqoriyada olacaq. Şagird sayı 200-dən çox və az olan məktəblər".

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.

Onun sözlərinə görə, Bakı, Sumqayıt və Abşeronda şagird sayı 200-dən aşağı məktəb yoxdur, ibtidai siniflər həftədə 3 günə keçirilir, digər bölgələrdə şagird sayı 200-dən çox olanda 3 dəfə, 200-dən az olanda həftədə 5 gün dərs olacaq: "Ara məsafəsi gözləmək tələb olunur. Oktyabrın 1-dən dərslər açılır, V-IX siniflər həftədə 3 dəfə olmaqla əyani dərslərə başlayacaqlar. Əyani dərslərdə həftəlik dərs yükü 15 saat olacaq, yəni gündəlik 5 saat dərs. İnanırıq ki, 15 saat ərzində Azərbaycan dili, Riyaziyyat, İngilis dili və digər dərsləri əyani formada keçəcəyik, bəzi dərslər isə distant formada keçiriləcək. X-XI sinifləin isə oktyabrın 15-dən əyani dərslərə cəlb olunması nəzərdə tutulub".

Mənbə: apa.az