Silahlı Qüvvələrə Yardım Fonduna ianələr - SİYAHI

Silahlı Qüvvələrə Yardım Fonduna ianələr - SİYAHI

Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, 27 sentyabr 2020-ci ildə, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir. Artıq ciddi uğurlarımız var, bir sıra ərazilərimiz işğaldan azad edilib, düşmən böyük itkilər verib.

Belə bir həssas dönəmdə ölkədə fəaliyyət göstərən bütün qurumlar, özəl müəssisələr, iş adamları Ali Baş Komandanın və Milli Ordumuzun yanında olduqlarını sözdə deyil, əməldə göstərirlər.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna aşağıdakı qrumlar ianələr köçürüb:

“Ulu Göyçə” MMM - 100.000 AZN

“Metak” - 100.000 AZN

“Amoris” MMC - 50.000 AZN

“Mega sığorta” - 50.000 AZN

“Baku Electronics” - 50.000 AZN

“Hyunday Azərbaycan” - 50.000 AZN

“Azrib” MMC 36.343 AZN ərzaq yardımı edib

“IST PETROL” Yanacaq doldurma məntəqəsi - 30.000 AZN

“T.T.Ş.-İnşaat” MMC - 25.000 AZN

“Arriver” MMC - 20.000 AZN

“Gens Elektrik” - 20.000 AZN

“Chirag” Plaza Hotel və Biznes Mərkəzi - 20.000 AZN

“Marin group” - 15.000 AZN

“AzFinance Investisiya” - 10.000 AZN

“Enginet” - 10.000 AZN

“Draft Construction” MMC - 10.000 AZN

“Camal” LTD şirkətinin “ICELAND” ticarət markası 10.000 AZN

“Chasioglu” ELM İSTEHSALAT MMM - 10.000 AZN

“Hermes finance Lizing” - 5000 AZN

“Park Hill Properties” şirkəti - 10.000 AZN

Mənbə: paralel.az