Ukrayna ilə Azərbaycan arasında aviareyslərin bərpası təxirə salınıb

“Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti Bakıya reyeslərin bərpası tarixini növbəti dəfə təxirə salıb.

Redaktor.az-ın məlumatına görə, iki ölkə arasında uçuşlar karantin müddətinin uzadılması ilə əlaqədar oktyabrın sonunadək təxirə salınıb.

Şirkət öz açıqlamasında bildirib ki, ölkədəki epidemioloji vəziyyəti, eləcə də Dağlıq Qarabağdakı hadisələri diqqətlə izləyəcək.

Qeyd edək ki, iki ölkə arasında ilk uçuşlar oktyabrın 4-də baş tutmalı idi.

 

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

Ermənilər təbliğat videolarında da səhv edir - VİDEO

SONRAKI XƏBƏR

Silahlı Qüvvələrə Yardım Fonduna ianələr - SİYAHI