“Karantin qaydalarına əməl edilərsə, yoluxma kifayət qədər az olar“

“Karantin qaydalarına əməl edilərsə, yoluxma kifayət qədər az olar“

Sentyabrın 15-dən ibtidai siniflər üçün əyani tədrisə start verilib. Bu müddət ərzində məktəblərdə təxminən 10-12 yoluxma faktı qeydə alınıb. Bu gündən etibarən isə V-IX sinif şagirdləri həftədə 3 dəfə olmaqla əyani dərslərə cəlb edilib. Təhsil Nazirliyinin açıqlamasına əsasən, əyani dərslərdə həftəlik dərs yükü 15 saat olacaq. Digər dərs saatları distant formada olacaq.

Maraqlıdır, yuxarı siniflər üçün tədrisin başlaması yoluxma sayına nə dərəcədə təsir edəcək?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış həkim, professor Adil Qeybulla hesab edir ki, yoluxmada müəyyən qədər artım ola bilər. Amma bunu xüsusi bir prosesə çevirib tədrisi dayandırmağa ehtiyac yoxdur:

“Yəqin ki, müəyyən qədər epizodik yoluxmalar olacaq. Amma bundan ötrü tədrisi dayandırmaq qəti düzgün deyil. Karantin davranışlarına əməl olunsa, yoluxma kifayət qədər az olar. “Evdə qal” kampaniyası, ayrı-ayrı zonalarda tətbiq olunan qadağalar filan artıq yersizdir. Payız vaxtı sadəcə olaraq karantin davranışlarına ona görə riayət olunmalıdır ki, soyuqdəymə xəstəliklərinin də xüsusi çəkisi artır. Bəzən bunlar COVID-19-la qarışıq salınır. Dediyim kimi, krantin davranışlarına riayət olunsa, əlavə tənzimləmələrə ehtiyac qalmır”.

Sayad HƏSƏNLİ

Mənbə: yenisabah.az