Ekspertdən təklif: Əsgərlərə göndərilən bağlamalar pulsuz daşınsın

Ekspertdən təklif: Əsgərlərə göndərilən bağlamalar pulsuz daşınsın

"Düşünürəm ki, dövlət operatorları olan “Azərpoçt” və beynəlxalq daşıma şəbəkəsinə malik olan AzərExpressPoçt (EMS) xaricdən bu məqsədlə göndərilən bağlamaların daha asan çatdırılıması üçün Dövlət Gömrük Komitəsi (DGK) ilə birgə mexanizm hazırlaya bilərlər".

Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, dövlət operatorları əsgərlər və ordu üçün göndərilən bağlamaların daşıma və çatdırılma xərclərini öz üzərinə götürə bilərlər:

"Yəni xaricdə yaşayan hər bir vətəndaşımıza hansısa poçt xidmətinə müraciət edərək bağlamanı bizim operatorlar hesabına göndərilməsi imkanı yaratmaq çox faydalı olardı. Özəl operatorlar xaricdən bu məqsədlə göndərilən bağlamalara güzəştlər tətbiq edə bilərlər. Güman ki, xaricdən bu məqsədlə bağlama göndərmək istəyənlərə göndərilən bağlamaların konkret hansı ünvana çatdırılacağı, əsasən hansı əşya-malların göndərilə biləcəyi haqqında və şəffaf çatdırılma-daşıma mexanizmi ilə bağlı informasiyalara ehtiyac olacaq.

DGK-nın da bu məsələdə operatorlara və daşıyıcı şirkətlərə yardımçı olacağına inanıram. Bu məqsədlə daşıyıcı şirkətlər, o cümlədən "Azərpoçt", "AzərExpressPoçt" və DGK tərəfindən öncədən açıqlamanın verilməsi də doğru və faydalı olardı".

Mənbə: xeberler.az