Səhmdarların hüquqlarına dair vebinar təşkil olunub

Səhmdarların hüquqlarına dair vebinar təşkil olunub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə sahibkarlar üçün “Korporativ idarəetmə və səhmdarların hüquqlarının qorunması” mövzusunda vebinar keçirilib.

KOBİA-dan bildirilib ki, onlayn tədbirin təşkilində məqsəd səhmdarların hüquqlarının qorunması və müdafiəsi istiqamətində hüquqi baza, səhmdarların hüquqlarının müdafiəsinin formaları və digər məsələlərdə sahibkarların maarifləndirilməsidir.

İyirmiyədək KOB subyektinin iştirakı ilə keçirilmiş vebinarda Azərbaycan Mərkəzi Bankının nümayəndəsi tərəfindən mövzuya dair təqdimat keçirilib, praktiki məlumatlar verilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Mənbə: vergiler.az