ABŞ-da ÜDM-in azalması yenidən dəyərləndirildi

ABŞ-da ÜDM-in azalması yenidən dəyərləndirildi

ABŞ-da ÜDM cari ilin ikinci rübündə illik hesabla 31,4 % azalıb.

Bu barədə ölkənin Ticarət Nazirliyinin İqtisadi Təhlillər Bürosu məlumat yayıb.

Bundan əvvəl eyni dövrdə ölkə iqtisadiyyatının kiçilməsi 31,7 % həcmində dəyərləndirilmişdi ki, bu da ABŞ tarixində ən kəskin geriləmədir. İkinci rübdə ÜDM-in azalması koronavirus pandemiyası ilə bağlı ev təsərrüfatlarına və sahibkarlıq subyektlərinə hökumət tərəfindən ödənişlərin, habelə evdə qalma qaydasının tətbiqi ilə bağlıdır.

Mənbə: www.iqtisadiyyat.az