Sumqayıt-Xırdalan-Bakı sürət qatarı gecikdi - Sərnişinlərin halı pisləşdi

Sumqayıt-Xırdalan-Bakı sürət qatarı gecikdi -

Biləcəri stansiyasından çıxmalı olan Sumqayıt-Xırdalan-Bakı qatarı gecikib, bəzi sərnişlərin səhhətində problem yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial mediada yayılıb.

Qatarlarda havalandırma sisteminin işlək olmaması səbəbindən bəzi sərnişinlərin halı pisləşib.

Məsələ ilə bağlı "Azərbaycan Dəmiryolları"dan Trend-ə bildirilib ki, bu gün Sumqayıtdan saat 08:10-da çıxan 6010 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarının havalandırma sistemində texniki problem yaranıb. Bu səbəbdən qatarda kondisioner işləməyib.

"Hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər görülür.

Qeyd edək ki, sərnişin sıxlığı səbəbindən stansiyalarda minib-düşmə zamanı yubanmalar olduğundan qatar Bakı Dəmiryol Vağzalına 5 dəq gecikmə ilə çatıb", - deyə əlavə edilib.

Mənbə: bizim.media