Çin Qazaxıstanla sərhəddəki avtomobil keçid məntəqələrini 4 gün müddətinə bağlayacaq

Çin Qazaxıstanla sərhəddəki avtomobil keçid məntəqələrini 4 gün müddətinə bağlayacaq

Çin Qazaxıstanla sərhəddəki yol-keçid məntəqələrini 4 gün müddətinə bağlayacaq.

KONKRET.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, məntəqələr sentyabrın 29-da, eləcə də oktyabrın 1-dən 3-dək bağlı olacaq.

Buna səbəb Çin Xalq Respublikasında keçiriləcək dövlət bayramları ilə əlaqədar tədbirlər göstərilir.

Eyni zamanda, Qazaxıstan-Çin sərhədində dəmir yolu keçid məntəqələri isə əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.

Mənbə: konkret.az