“İpotekam ödənilsin” deyən şəhidin borcu ödənildi - Foto

“İpotekam ödənilsin” deyən şəhidin borcu ödənildi - Foto

Vətənimizin bütövlüyü uğrunda şəhid düşmüş Əhmədov Əsgər Əhmədkişi oğlunun "Kristal Abşeron" şirkətindən aldığı mənzilin 47 722 manat borcu şirkətin təsisçiləri tərəfindən ödənilib.
OperativXeber.Az bildirir ki, bu barədə "Kristal Abşeron" şirkətindən açıqlama verilib.
Kristal Abşeron şirkətinin təsisçisi Mahayət Nəbiyev bildirib ki, şəhidimizin ailəsinə əlavə olaraq dəstək veriləcəkdir.
"Əminik ki, digər iş adamları da belə təşəbbüslərə qoşulacaqdır" - deyə o, bildirib.


 

Mənbə: operativxeber.az