Azərbaycanın xarici ticarәt dövriyyәsi 15,6 milyard dollar olub

Azərbaycanın xarici ticarәt dövriyyәsi 15,6 milyard dollar olub

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rәsmilәşdirilmәsi tam başa çatdırılmamış ixrac olunan xam neft vә tәbii qazın statistik qiymәtlәndirilmiş dәyәri nәzәrә alınmaqla bu ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarәt dövriyyәsi 15 milyard 667,8 milyon ABŞ dolları, o cümlәdәn ixracın dәyәri 8 milyard 977,3 milyon dollar, idxalın dәyәri 6 milyard 690,5 milyon dollar tәşkil edib, nәticәdә 2 milyard 286,8 milyon dollarlıq müsbәt ticarәt saldosu yaranıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2019-cu ilin yanvar-avqust ayları ilә müqayisәdә xarici ticarәt dövriyyәsi faktiki qiymәtlәrlә 29,8 faiz, real ifadәdә 22,9 faiz, o cümlәdәn idxal 42,2 faiz, ixrac isә 8,9 faiz azalıb. Dövlәt Gömrük Komitәsindәn daxil olmuş mәlumatlara әsasәn, xarici ticarәt dövriyyәsinin 86,3 faizi İtaliya, Türkiyә, Rusiya, Çin, Ukrayna, ABŞ, Almaniya, Hindistan, İsrail, Gürcüstan, Yunanıstan, Xorvatiya, İspaniya, Birlәşmiş Krallıq, Çexiya, İran, İsveçrә, Vyetnam, Tunis ilә aparılmış ticarәt әmәliyyatlarının payına düşüb.
Ölkәyә idxal olunmuş mәhsulların ümumi dәyәrinin 18,7 faizi Rusiyanın, 14,7 faizi Türkiyәnin, 13,3 faizi Çinin, 7,4 faizi ABŞ-ın, 5,3 faizi Almaniyanın, 4,2 faizi Ukraynanın, 4,1 faizi İtaliyanın, 3 faizi Birlәşmiş Krallığın, 2,7 faizi İranın, 2 faizi Yaponiyanın, 1,8 faizi Koreya Respublikasının, 1,7 faizi Fransanın, 1,3 faizi Hindistanın, 1,1 faizi Belarusun, 1 faizi Polşanın, hәr biri 0,9 faiz olmaqla Niderland vә İsveçrәnin, 0,8 faizi Qazaxıstanın, 15,1 faizi isә digәr ölkәlәrin payına düşüb.

İdxalda maşınların, mexanizmlәrin, elektrotexniki avadanlıq vә aparatların, azqiymәtli metallar vә onlardan hazırlanan mәmulatların, kimya sәnayesi mәhsullarının, nәqliyyat vasitәlәrinin, hazır әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatlarının, bitki mәnşәli mәhsulların, plastik kütlә vә ondan hazırlanan mәmulatların, toxuculuq materialları vә mәmulatlarının dәyәri üstünlük tәşkil edib.

İdxalın 64,6 faizini avtomobil, 20,1 faizini dәmir yolu, 11,1 faizini hava, 4,1 faizini dәniz nәqliyyatı ilә gәtirilmiş, 0,1 faizini isә boru kәmәri vә elektrik ötürücü xәtlәri ilә nәql edilmiş mәhsulların dәyәri tәşkil edib. İxracın 31,2 faizini İtaliyaya, 19,4 faizini Türkiyәyә, 4,7 faizini Rusiyaya, hәr biri 4,2 faiz olmaqla Çinә vә Hindistana, 3,9 faizini İsrailә, 3,5 faizini Yunanıstana, hәr biri 3,4 faiz olmaqla Xorvatiya vә Gürcüstana, 2,8 faizini Ukraynaya, 2,3 faizini İspaniyaya, 1,9 faizini Çexiyaya, 1,7 faizini Tunisә, 1,5 faizini Almaniyaya, 1,4 faizini İsveçrәyә, hәr biri 1,3 faiz olmaqla Vyetnam vә Portuqaliyaya, hәr biri 1 faiz olmaqla Avstriya vә Belarusa, 5,9 faizini isә digәr ölkәlәrә göndәrilmiş mәhsulların dәyәri tәşkil edib.

Yanvar-avqust aylarında ixracın 86,6 faizini boru kәmәri vә elektrik ötürücü xәtlәri ilә nәql olunmuş, 8 faizini avtomobil, 3 faizini dәmir yolu, 1,8 faizini hava, 0,6 faizini dәniz nәqliyyatı ilә göndәrilmiş mәhsulların dәyәri tәşkil edib. İxracın strukturunda xam neft, tәbii qaz, neft-qaz mәhsulları, meyvә vә tәrәvәzlәr, plastik kütlә vә ondan hazırlanan mәmulatlar, pambıq lifi vә ipliyi, alüminium vә ondan hazırlanan mәmulatlar, kimya sәnayesi mәhsulları, qara metallar vә onlardan hazırlanan mәmulatlar, bitki yağları, şәkәr, alkoqollu vә alkoqolsuz içkilәrin payı üstün olub.

Mənbə: vergiler.az