Azərbaycan düyü idxalını bu il 28%-dək artırıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana ümumi dəyəri 31 714,54 ABŞ dolları dəyərində 45 844,08 ton düyü idxal edilib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin doqquz ayında Azərbaycana idxal edilən düyünün dəyəri 5,7%, həcmi isə 27,7% artıb.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları ərzində düyü idxalı Azərbaycanın ümumi idxalının 0,41%-nə bərabər olub.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

ATQB Şuranın dəstəyi ilə 100 ailəyə humanitar yardım edib

SONRAKI XƏBƏR

Erməni terroru və qətliamları… - TƏHLİL