Evimizdəki möcüzə, fərqində olmadığımız sərvət, aydınlıq paylayan “əsgərlər”...

Evimizdəki möcüzə, fərqində olmadığımız sərvət, aydınlıq paylayan “əsgərlər”...

Bu il “Azərişıq” ASC-ninyaranmasının 5 illiyi tamam olur. Belə ki, 10 fevral 2015-ci ildə prezidentİlham Əliyevin sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin bazasında yenibir qurum - “Azərişıq” ASC yaradıldı ki, bu da yeni bir dönəmin başlanması deməkidi.

Nəhəng abonent ordusu, miqyası heyrət doğuran xidmətvə bu günlə yanaşı, gələcəyə məsul olanlar...

“Azərişıq” ASC-nin fəaliyyətiüçün xarakterik olan ən başlıca məqam onun nəhəng abonent ordusuna xidmət etməsidir.Belə ki, hazırda “Azərişıq” ASC 2,7 milyon abonentə xidmət göstərir ki, bu daolduqca yüksək göstəricidir. Hər il elektrik şəbəkəsinə 70 min yeniqoşulmanının mövcud olduğunu da nəzərə alsaq, bu rəqəmin hansı sürət vəsıçrayışla artdığını təsəvvür etmək olar.

Çoxmilyonlu abonentlərəkeyfiyyətli xidmət göstərmək, bu günün tələblərini ödəməklə yanaşı, həm də gələcəkartım və ehtiyacları hesablayaraq addım atmaq “Azərişıq” ASC-nin günlük fəaliyyətininməğzini təşkil edir. “Azərişıq” ASC 5 il bundan öncə yaransa da, son 10 ildəölkənin enerji sisteminə 2 milyard manat məbləğində vəsait qoyulub ki, bu onunmüasirləşməsinə verilən diqqətdən xəbər verir. Lakin bu da bir həqiqətdir ki, elektrik enerjisinə ola tələbat günümüzüninsanının ən mühüm, vazkeçilməz tələbatlarından biri, bəlkə də birincisi olsada, elektrik enerjisi, onun necə əldə edilməsi, hansı mürəkkəb prseslərsonrasında abonentlərə çatdırılması haqqında çox az adamın məlumatı mövcuddur.Bu baxımdan elektrik enerjisini hər kəsin istifadə etdiyi, lakin heç də hər kəsindərk etmədiyi möcüzə hesab etmək olar.

 

Anbarlaşdırılması imkansız olan sərvət: İstifadə etməkmümkündür, sahiblənmək isə əsla!

 

Hər birimizin ev və iş həyatınınayrılmaz tərkib hissəsinə çevrilən elektrik enerjisini çoxsaylı möcüzəvixüsusiyyətlərə malikdir ki, bunlardan biri onu anbarlaşdırmağın, ona sahiblənməyinmümkünsüzlüyüdür. Belə ki, neftdən, qazdan, sudan və digər sərvətlərdən fərqli olaraq, istehsal edilən elektrik enerjisinianbarlamaq, onu “dar gün üçün” qoruyub saxlmaq mümkün deyil.

Elektrik enerjisiistehsal edildiyi andaca istehlak edilməlidir. Əks halda, istehsal edilənelektrik enerjisi ilğım kimi yoxa çıxacaq, əbədilik itiriləcəkdir. Mütəxəssislərinbidlridiyinə görə, elektrik enerjisinin istehsalı ilə istehlakı arasında vaxt fərqisaniyənin 10-da 1-i qədərdir. Bu rəqəmin özü elektrik enerjisinin istehlakı iləistehsalı arasındakı zamanın nə qədər ani olduğunu göstərir.

Qeyd edək ki, elektrikenerjisini anbarlaşdırmağın mümkün olmaması, onun istehsal edildiyi andacaistehlakı zərurəti enerji satışını mürəkkəbləşdirən ən mühüm problemlərdən birihesab edilir.

 

Bakı ilə Parisi eyniləşdirən inkişaf: Rəqəmlər dünən və bu gün haqqında nədeyir?

 

“Azərişıq”ASC-nin ənböyük uğurlarından biri elektrik enerjisi itkilərinin qarşısını böyük ölçüdəalması, vəsait yığımını yüksəltməsidir. 2006-cı ildə Bakıda istehlak edilənelektrik enerjisinə görə pul yığımı 80% idisə, bu gün bu rəqəm 98%-dir. İtkilərəmübarizə və pul yığımına görə Bakı London, Paris, Berlin kimi şəhərlərlə eynipillədə qərarlaşır. Regionlarda isə itki 7-9,5% səviyyəsindədir ki, yenidənqurmaişləri sayəsində bu itkilərin də azaldılması nəzərdə tutulur.

 

Saxtakarlara qarşı texnoloji tərk-silah: İnsanlarayalan deyə bilərsiniz, bu sayğaclara isə yox!

 

Yuxarıda “Azərişıq”ASC-nin2,7 milyon abonentiniun olduğunu qeyd etmişdik. Hansı ki, bu, 2,7 milyon sayğacdeməkdir. Bundan əlavə, hər il 300 minə qədər sayğac dəyişdirilir ki, bu daonların texniki baxımdan köhnəlməsi, yaxud kənar müdaxilə nəticəsində yararsızvəziyyətə düşməsi ilə bağlıdır. Azərbaycanda istifadə edilən elektriksayğaclarının təxminən 7 il istismar müddəti mövcuddur.

“Azərişıq”ASC tərəfindənhəyata keçirilən modernləşdirmə tədbirlər çərçivəsində müasir texnologiya əsasındahazırlanan sayğacların sayı sürətlə artmaqdadır. Belə ki, bu gün ölkəmizdə 350 min smart kartsayğacları mövcuddur ki, bu sayğaclardan istifadə abonentdən qabaqcadan ödənişhəyata keçirməyi tələb edir. Başqa sözlə desək, bu cür sayğaclara malikabonentlər öncədən kartlarına istədikləri məbləğdə vəsaiti daxil edib, dahasonra bu vəsaiti kart vasitəsi ilə sayğaca yükləməlidir.

Bundan başqa, smart smstipli sayğaclar da var ki, bu sayğaclar abonent və “Azərişıq”ASC əməkdşalaırnınmüdaxiləsi olmadan, tamamilə onlayn şəkildə fəaliyyət göstərir. Proqram təminatıəsasında işləyən bu sayğacların bütün göstəricilərini onlayn şəkildə “Azərişıq”ASCmərkəzlərində oxumaq, lazımi çıxarışlar etmək, elektrik təminatını kəsmək və yabərpa etmək mümkündür.

Maraqlı məqamlardan biridə smart kart və smart sms tipli sayğaclardan həm də sayğaclara müdaxiləni məşğuliyyəthalına gətirən, yaxud elektrik enerjisinin pulunu ödəmək istəməyən bəziabonentlərə qarşı önləyici tədbir olaraq tətbiq edilməsi ilə bağlıdır. Belə ki,bəzi abonentlər sayğaca müdaxilə edərək istehlak etdikləri enerji sərfiyyatınıazaltmağa, beləliklə də daha az vəsait ödəməyə cəhd edir. Bu cür halların mütəmadişəkildə təkrarlanması fonunda “Azərişıq”ASC həmin vətəndaşlara samrt kart vəsmart sms tipli sayğac quraşdırmaqla hər cür kənar müdaxilənin qarşısını alır.

 

“Azərişıq”ASC-nin mühəndisi,İqtisad Elmlləri üzrə doktrant Fərid Zalıyev hesab edir ki, buna səbəb sözügedənsayğacların kənar müdaxilələrə hədsiz həssas olması, bu barədə nəzarət və idarəetməmərkəzlərini anındaca məlumatlandırmasıdır. Başqa cür desək, bu gün məlumsayğaclar saxtakarlığa qarşı etibarlı texnoloji sədd rolunu oynayır ki, bu daenerji oğurluğu hallarının qarşısını almağa imkan verir. Lakin bu, o deməkdeyil ki, smart kart və ya smart sms tipli sayğaclar ancaq problemli abonentlərətətbiq edilir. Bu tip sayğaclara keçid günün tələbidir və gələcəkdə bütünüabonentlərin öncədən ödəniş tələb edən bu cür sayğaclarla təchiz edilməsi nəzərdətutulur.

 

Arxa cəbhənin əsgərləri, yaxud müharibə “Azərişıq”ASC-nin çevikliyi haqqında nələri isbatladı?

 

Sentyabrın 27-dən etibarəndüşmən təxribatlarına cavab olaraq ordumuzun başlatdığı uğurlu əks-hücum əməliyyatları“Azərişıq”ASC-nin maddi-texniki və əməliyyat gücü haqqında maraqlı faktlarortaya qoydu. Belə ki, sentyabrın 27-dən 2 oktyabr tarixinə qədər Ermənistanordusunun raket zərbələri nəticəsində cəbhəyanı bölgələrdəki 250 elektrik xətti,o cümlədən 30-dan çox transformator məntəqəi sıradan çıxarıldı ki, onların hərbiri “Azərişıq”ASC əməkdaşlarının operativ müdaxiləsi sayəsində qısa zamanda bərpaedildi. Düşmən zərbələri nəticəsində zərər görən digər elektrik qurğu vəavadanlıqları da çevik şəkildə təmir edildi və ya yeniləri ilə əvəzləndi.

Oktyabrın 1-də cəbhə xətti boyunca yerləşənrayonlara səfər edən “Azərişıq” ASC sədri Vüqar Əhmədov yaranmış vəziyyətləyerindəcə tanış olub, sözgüedən ərazilərin fasiləsiz olaraq elektrik enerjisiilə təmin edilməsi ilə bağlı zəruri göstərişlər verib.

“Azərişıq”ASC-nin döyüş şəraitində,hərbi əməliyyatların davam etdiyi bir zamanda ortaya qoyduğu bu xidmət nümunəsiadıçəkilən qurumun öz işini savaş dövrünün tələblərinə yetərincəuyğunlaşdırdığını göstərdi.

Hərbi əməliyyatlarfonunda “Azərişıq” ASC Azərbaycan ordusuna maddi baxımdan göstərdiyi dəstəklə dədiqqət çəkdi. Belə ki, “Azərişıq” ASC-nin əməkdaşları bir aylıq maaşlarınıSilahlı Qüvvələrə Yardım Fonduna köçürdü ki, bu da sözügedən qurumun maddianlamda da Azərbaycan ordusunun yanında olduğunu göstərdi.

Arxa cəbhənin fədakar əsgərlərikimi xalqa gecə-gündüz xidmət edən “Azərişıq”ASC əməkdaşları erməniişğalçılarına qarşı bilavasitə mübarizəyə də töhfə verməkdədir. Belə ki, 27sentyabr tarixindən etibarən “Azərişıq” ASC-nin 319 əməkdaşı könüllü şəkildəordu sıralarına qoşularaq vətənin müdafiəsində hərbçi kimi iştirak etməkdədir.Bütün bu faktlar “Azərişıq” ASC əməkdaşlarının həm ön, həm də arxa cəbhədəkiaktivliyindən, “aydınlıq paylayan əsgərlər” obrazında çıxış etdiyindən xəbərverir.

 

“İndiki məqamda cəbhəyanı bölgələrin fasiləsizelektrik enerjisi ilə təminatı ikiqat vacibdir, çünki...”

 

Saytımıza açıqlama verənmillət vəkili Vahid Əhmədov, hazırkı şəraitdə cəbhəyanı bölgənin elektrikenerjisi ilə fasiləsiz şəkildə təmin edilməsinin mühüm önəm kəsb etdiyinibildirdi:

 

“İndiki məqamda cəbhəyanıbölgələrin fasiləsiz elektrik enerjisi ilə təminatı ikiqat vacibdir. Çünkihazırda müharibə gedir. Belə bir şəraitdə cəbhəyanı bölgələri dayanıqlıelektrik enerjisi ilə təmin etmək, əhalidən tutmuş müxtəlif təsərrüfat sahələri,strateji obyektlər və s.-nin işinin normal təminatı baxımından vacibdir. Hərbi əməliyyatlarınbaşlamasından qısa müddət sonra “Azərişıq”ASC rəhbərliyinin bölgəyə səfəri, zərərgörən elektrik xətləri və avadanlıqlarının qısa zamanda bərpası təqdirəlayiqdir”.

 

Gələcəkdə elektrik enerjisindən istifadə bizi necə“varlandıracaq”?

 

Məlum olduğu kimi,hazırda əhali abonenti üçün 1kVt elektrik enerjisinin dəyəri 7 qəpikdir. Əgərabonentin orta aylıq istehlakı 300 kilovat-saatdan çoxdursa, o zaman 1kVtelektrik enerjisinin qiyməti 11 qəpikdən hesablanır ki, bu da beynəlxalıq təcrübədətətbqi edilən və özünü doğruldan təcrübədir. Lakin “Azərişıq” ASC-nin yaxın gələcəyəyönəlik layihələri göstərir ki, qarşıdakı illərdə elektrik enerjisindən düzgünistifadə istehlakçıların elektrik enerjisinə görə ödəyəcəyi vəsaitə əsaslı şəkildəqənaət etməyə imkan verəcək, bu mənada onları “varlandıracaq”. Bu yenilik gecə-gündüztariflərinin tətbiqi fonunda baş verəcək ki, məlum dəyişikliyin 2022-ci ildə tətbiqinəzərdə tutulub. Bu tətbiq gecə zamanı elektrik enerjisindən istifadə edənlərinistehlak etdiyi elektrik enerjisinə görə daha az vəsait ödəməsinə yol açacaqki, məqsəd insanları elektrik enerjisindən gecə istifadəyə həvəsləndirmək,bununla da elektrik enerjisi itkilərinin və şəbəkənin hədsiz yüklənməsinin qarşısınıalmaq, enerjidən daha səmərəli istifadə etməkdir. Xatırladaq ki, inkişaf etmişdövlətlərin bir çoxunda məhz bu tarif sistemindəmn istifadə olunur ki, nətəcədəhəm dövlət, həm də vətəndaş qazanır.

Regional tarif sistemləridə mövcuddur ki, bu da kənd və şəhərdə istifadə edilən elektrik enerjisinə görəfərqli tariflərin tətbiqi deməkdir. Bu tarifdə insanların şəhərə axınınınqarşısını almaq, kənd yerlərində əhalinin sosial durumunu yaxşılaşdırmaq, məhsulistehsalında maya dəyərini aşağı salmaq məqsədi ilə kənddə elektrik enerjisininistehlakına görə daha az ödənişin tətbiqini nəzərdə tutur.

 

2025-ci illə bağlı heyrətamiz plan-proqnoz: Ağıllışəbəkələr, onlayn nəzarət sistemi, çoxmənbəli qidalanma...

 

“Azərişıq”ASC-nin 2025-ciildə həyatımıza gətirəcəyi yeniliklərdən biri də ağıllı şəbəkələrin idarəetməsinəkeçidlə bağlı olacaq. Belə ki, 5 il sonra tətbiq ediləcək bu yenilik bütün şəbəkəninsayğaclarını onlayn oxumağa, habelə yarımstansiyaların vəziyyətinə onlayn şəkildənəzarət etməyə imkan verəcək. Bundan başqa, binaların bir deyil, bir neçə mənbədənidalanması təmin olunacaq ki, bu da elektrik enerjisinin təminatında fasiləsizliyitəmin edəcək. Hansı ki, bu yenilik də inişaf etmiş dövlətlərin təcrübəsində öz əksinipraktik şəkildə tapmaqdadır.

 

“Azərişıq” ASC ekologiyamızın keşiyində: “Heç nə”dənyaradılan “möcüzə”!

 

“Azərişıq”ASC-nin son 5ildə atdığı mühüm addımlardan biri də alternativ enerji mənbələrinə daha çoxmaraq göstərməsidir. Tükənən enerji mənbələrindən fərqli olaraq, külək, günəşkimi tükənməyən enerji mənbələrindən istifadənin perspektivi “Azərişıq”ASC-ninfəaliyyətində öz əksini tapmaqdadır. Hazırda Yaşmada külək stansiyası fəaliyyətgöstərir ki, bu da bəlli miqdarda elektrik enerjisi almağa imkan verir.

“Yeni Yaşma” Külək ElektrikParkında 500 hektarlıq ərazidə 80 min badam və 20 min zeytun ağacı, Zirədə yerləşənekopark ərazisində 20 min ağac əkilib ki, bu da “Azərişıq”ASC-nin ekologiyamızaverdiyi önəmi göstərir.

“Təmiz Şəhər” ASC-dətullantılar yandırılaraq elektrik enerjisi alınır ki, nəticədə istehsalçılar nəinkiöz tələbatlarını ödəyir, qalan enerjini “Azərişıq”ASC-yə satırlar. Nəticədə,adi məişət tullantılarından – “heç nə”dən dövrümüzün ən böyük möcüzəsi – elektrik enerjisi istehsal edilir. Bununlada, ekologiyaya nəinki heç bir ziyan dəymir, əksinə, o əsaslı şəkildəyaxşılaşdırılır, daha baxımlı vəziyyətə gətirilir.

Ölkəmizdə günəş panellərivasitəsi ilə də elektrik enerjisi alınır ki, buna daha çox müxtəlif obyektlər,təsərrüfatlar maraq göstərir.

Hazırda alternativenerjidən alınan elektrik enerjisinin miqdarı az – cəmi 1-1,2% olsa da, yaxın gələcəkdəbu sahədə də ciddi inkişafın baş verməsi gözlənilir.

Seymur ƏLİYEV

Mənbə: moderator.az