"Mercer CFA" institutunun "Global Pension Index 2020" hesabatında dünyada ən yaxşı pensiya sisteminə malik olan ölkələri açıqlayıb. Reytinqdə 39 ölkə yer alıb.
"APA-Economics"in hesabata istinadən verdiyi məlumata görə, 2020-ci ildə dünyanın ən yaxşı pensiya sisteminə Niderland malikdir. Bu ölkənin indeksi ötənilki 81 bənddən 82,6 bəndə yüksəlib. İkinci yerdə qərarlaşan Danimarkanın isə builki indeksi 80,3-dən 81,4 bəndə qədər yüksəlib. Siyahının üçüncü yerinə isə İsrail (74,2 bənd) layiq görülüb.
Qeyd edək ki, reytinqin autsayderləri sırasında Türkiyə (42,7), Argentina (42,5) və Tailand (40,8) yer alıb. Bu ölkələr müvafiq olaraq reytinqin 37, 38 və 39-cu sıralarında qərarlaşıb.
"Global Pension Index 2020" reytinqinin TOP-10 ölkəsi:
#
Ölkə
İndeks
1
Niderland
82,6
2
Danimarka
81,4
3
İsrail
74,2
4
Avstraliya
74,2
5
Finlandiya
72,9
6
İsveç
71,2
7
Sinqapur
71,2
8
Norveç
71,2
9
Kanada
69,3
10
Yeni Zelandiya
68,3
Mənbə: apa.az