Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbəri dəyişib

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) rəhbərliyində dəyişiklik olub.

FED.az xəbər verir ki, Agentliyin direktoru vəzifəsini müvəqqəti icra edən Nazirliyin aparat rəhbəri Zaur Məmmədovdan bu səlahiyyət geri alınıb, Agentliyə rəhbərlik isə yenə də müvəqqəti olaraq Təbriz Əmmayevə həvalə edilib.

Yeni direktor əvəzi bu ayın əvvəlində müavin vəzifəsinə təyin olunub.

Xatırladaq ki, T.Əmmayev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təqaüd proqramı çərçivəsində Böyük Britaniyanın Bristol Universitetinin maliyyə, mühasibatlıq və menecment fakültəsini bitirib, bu vaxta qədər SOCAR-ın baş ofisində çalışıb.

Energetika Nazirliyinin mətbuat xidmətindən xəbəri “Report”a təsdiq ediblər.

Xatırladaq ki, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ölkə prezidentinin 22 sentyabr 2020-ci il tarixli fərmanı ilə yaradılıb, qurumda 40 ştat vahidi müəyyən edilib. (Report)

Fed.az

ƏVVƏLKİ XƏBƏR

Elə şey yoxdur !- “Müharibə sona qədər davam etməlidir...”

SONRAKI XƏBƏR

İsveçli jurnalisti öldürən qatil həbsxanadan qaçarkən tutuldu