TİKA-dan cəbhə bölgəsinə 40 ton ərzaq dəstəyi

TİKA-dan cəbhə bölgəsinə 40 ton ərzaq dəstəyi

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), cəbhə bölgələrində yaşayan və düşmənin mülki əhalini hədəf alan təxribatları ilə üzləşən Azərbaycanlı qardaşlarımıza 40 ton ərzaq dəstəyi verəcək.

Hazır və konservləşdirilmiş qidalardan ibarət ərzaq paketləri hazırlanaraq Tərtər, Ağdam və Bərdədə 2 min ailəyə (təxminən 8000 nəfərə) paylanacaq.

Ermənistanın cəbhə ətrafı bölgələrdə artan təxribat xarakterli atəşləri səbəbi ilə 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Ordusu torpaqlarının işğaldan qurtulması məqsədiylə əks hücum əməliyyatlarına başladı. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarına qarşılıq olaraq Ermənistan silahlı birləşmələri Azərbaycanın cəbhə xəttinə yaxın yaşayış məntəqələrini aramsız atəşə tutur.

Savaş bölgəsindəki Azərbaycanlı qardaşlarımızın bu günlərdəki çətinliklərinə dəstək olmaq və qida ehtiyaclarının qarşılanması məqsədi ilə TİKA tərəfindən bir layihə başladıldı. Layihə çərçivəsində hazır və konservləşdirilmiş qida məhsullarından ibarət 40 ton ərzaq cəbhəyanı rayonlarda yaşayan vətəndaşlara paylanacaq. Bu çərçivədə, Tərtər, Ağdam və Bərdədə 2 min ailənin (8000 nəfər) qida ehtiyacları qarşılanmış olacaq.

Ət və balıq konservləri, pendir, hazır kartof püresi və makaronlar, cem, meyvə suyu, şəkər, çay, çörək, qaymaq və s. hazır qidalardan ibarət ərzaq paketləri 23 oktyabr 2020-ci il tarixində bölgədəki ailələrə paylanacaq.

Hazırlanan ərzaq paketləri, 22 sentyabr 2020-ci il tarixində Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral, TİKA Bakı Proqram Koordinatoru Teoman Tiryaki və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Sədr müavini Fuad Hüseynovun iştirakı ilə keçiriləcək yola salma mərasimi ilə bölgəyə göndəriləcək.

 

 

Mənbə: turkustan.info