Ərazilərin iqtisadi potensialı - VİDEO

Ərazilərin iqtisadi potensialı - VİDEO

Azərbaycanda mövcud olan 10 iqtisadi rayondan 2-si hazırda işğal altında olan və işğaldan ozad olunan əraziləri əhatə edir. Yuxarı Qarabağ iqtisadi rayonuna düşən Cəbrayıl-Füzul potensialına görə heyvandarlıq və üzümçülük baxımından məhsuldar hesab edilir. 8 sənaye obyektinə malik olan rayonda vaxtilə baramaçılıq da inkişaf edib.

Taxılçılıq, heyvandarlıq və pambıqçılığın inkişaf etdiyi Füzulidə şəkər çuğunduru istehsalı da xüsusi yer tutur. Horadiz qəsəbəsi və bir neçə kənd Azərbaycanın ərazisində olduğundan burada təsərrüfat qismən inkişaf edib.

Oktyabrın 21-də müzəffər ordumuzun gücü ilə erməni işğalından azad edilən Zəngilanda potensialına görə münbit rayonlar sırasındadır. Vaxtilə 155-ə yaxın filiz yatağı ilə məşhurlaşan Zəngilan Laçın-Kəlbəcər iqtisadi rayonuna düşür. Yəni dаğətəyi ərаzi hesab olunduğundan iqtisadçılar burada yüksək turizm imkanlarından yararlanmağın mümkün olduğunu deyirlər.

Cəbrayılda da mədəni abidələr çox olduğundan rayonun turizm obyekti kimi istifadə olunması əlverilşli hesab edilir. Beləliklə iqtisadçılar deyir ki, işğaldan azad olunan ərazilərdə aparılan yenidənqurma işləri Azərbaycanın iqtisadi potensialını daha da artacaq.

 

Mənbə: www.realtv.az