“3-5 il sonra Qarabağa digər iqtisadi rayonlarımız qibtə edəcəklər” - İqtisadçı

“3-5 il sonra Qarabağa digər iqtisadi rayonlarımız qibtə edəcəklər” - İqtisadçı

“İşğaldan azad olan bölgələrimizin inkişafı fərqli olacaq”.

Cebhe.info-nun xəbərinə görə, bu barədə iqtisadçı Elman Sadıqov bildirib:

“Sıfırdan başlamanın müsbət tərəflərindən maksimum istifadə olunmaqla inkişaf fərqli olacaq. Sadəcə təbii resurslara fokuslanmaq, iqtisadi inkişafı digər iqtisadi zona və rayonlarımızla müqayisə etmək və standart düşünmək formal yanaşma olar. Qısası Qarabağ iqtisadi zonasının iqtisadi inkişaf səviyyəsinə digər iqtisadi zona və rayonlarımız 3-5 il sonra qibtə edəcəklər. Bu təkcə arzu deyil, əsaslı (səbəblər və layihələr çoxdur) və real gözləntimdir”.

 

Mənbə: cebhe.info