İtaliyada ard-arda rekord göstərici

İtaliyada ard-arda rekord göstərici

İtaliyada artıq iki gündür koronavirusa yoluxanların sayında rekord göstəricilər qeydə alınır. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Belə ki, son sutka ərzində 16 079 nəfər, daha əvvəlki gün isə 15 199 nəfərdə koronavirus aşkarlanıb.

Son 24 saat ərzində ölkədə COVID-19 qurbanlarının sayı 136 nəfər artaraq 36 968-ə yüksəlib. İtaliyada koronavirusdan sağalanların ümumi sayı 259 456-dır (son sutkada 2 082).

Mənbə: qafqazinfo.az