Fransa DİN rəhbərindən sərsəm təklif:  “Halal ət qadağan edilsin!..”

Fransa DİN rəhbərindən sərsəm təklif:  “Halal ət qadağan edilsin!..”

Paris yaxınlığındakı məktəblərdən birində “islamçı” kimi təqdim edilən terrorçu tərəfindən tarix müəlliminin öldürülməsindən sonra Fransa Daxili İşlər naziri Jerald Darmanen bu ölkədə halal ət satışının qadağan edilməsi kimi sərsəm bir tələb irəli sürüb.

Moderator.az bu haqda Rusiya mediasına istinadla xəbər verir.

“Halal ət supermarketlərdə satılır. Bu məhsul üçün ayrıca rəflər ayrılmışdır. Bu praktikanı dayandırmağın vaxtı gəldi”-deyə nazir “BFM” telekanalına verdiyi müsahibədə gülünc fikirlər səsləndirib.

Diqqəti cəlb edən odur ki, fransız səlahiyyətliləri nazirin absurd təklifindən imtina etməyə tələsiblər.

"Bu şəxsi fikirdir, supermarket rəfləri kabinet prioriteti deyil"- deyə Fransa hökumətin bir rəsmisi bildirib.

Sultan Laçın

Mənbə: moderator.az