Ekspert: İkinci “Əsrin müqaviləsi” Qarabağ Azad İqtsadi Zonasında imzalamalıdır

Ekspert: İkinci “Əsrin müqaviləsi” Qarabağ Azad İqtsadi Zonasında imzalamalıdır

Bir çox ekspertlər iddia edirlər ki, işğaldan azad edilmiş torpaqlarımızda iqtisadi inkişafı təmin etmək üçün Qarabağda turizm və kənd təssərüfatı inkişaf etdirilməlidir.

Tanınmış həkim, ictimai xadim Müşfiq Hüseynov bu fikirlərlə əsla razılaşmır. O bildirir ki, Qarabağda sülhü uzunmüddətl və qazanclı etməyin tək yolu Azad İqtisadi Zonanın yaradılması, dünya kapitalının cəlb olunmasıdır. Ekspert qeyd edir ki, Qarabağı İsveçrə kimi elit turizm zonasına çevirmək oranı Azərbaycan üçün həm təhlükəsiuz həm qazanclı edər.

Müşfiq Hüseynov

“Elə köhnə fikirlərdə ilişib qalmışıq ki, orda kənd təsərrüfatını inkişaf etdirək.

Yəni, oliqarxlar heyvan saxlamalı və hektarlarla ərazisi olan istirahət mərkəzləri tikilməlidir. Kor qoyduqları Şamaxı, Quba, İsmayıllı və digər bölgələrimiz kimi.

Heyvan saxlamaq üçün Ağcabədi, Beyləqan, Biləsuvar, İmişli bəs eləmədi? Cənnətdə də Mamed otel, Ələmdar istirahət mərkəzi tikmək istəyirsən? Ağdamın ortasında mal-heyvan saxlamaq fikrindəsən? Bu 18-ci əsr təfəkkürü nə vaxt bitəcək?

Şuşanın-Laçının İsveçrədən heç nəyi əskik deyil. Həm yay, həm də qış turizminə uyğundur. Oralarda Monako tipli əyləncə mərkəzləri, hətta Kazinolar, 5 hektarda adi istirahət mərkəzi yox, Hilton və ya Exxelsior tipli hotellər olmalıdır.

Zəngilanda, Avropanın ən böyük Çinar ağacı qoruğu var, deməli böyük sanatoriyalar olmalı, Kəlbəcərdə İkinci Karlovı Varı düzəldilməlidir.”

Müşfiq Hüseynov həmçinin tanınmış istehsal brendlərinin də Qarabağa cəlb edilməsinin böyük fayda verəcəyini düşünür.

“Ağdamda regionun ön böyük Molları və Toyota zavodu, Xocavənddə italyan şərabları, Ağdərədə Qarabağı günəş enerjisi ilə təmin edəcək sentrallar, Cəbrayılda Samsung fabriki, Xocalıda regionun ən böyük Beynəlxaq aeroportu tikilməlidir və s, və ia.

Müharibədən sonrakı Azərbaycanın, neftin 15-20$ qiyməti ilə bunu edəcək nə gücü, nə kadrı, nə də potensialı var. Deməli, global güclərin maliyyəsinı ehtiyac var.

Bir sözlə, əbədi və daimi sülhün tək yolu beynəlxaq güclərin iqtisadi maraqlarının təmin olunmasıdır. Deməli, Azərbaycanda ikinci “əsrin müqaviləsi” Qarabağ Azad İqtsadi Zonasında imzalamalıdır.

Müasir dünyada müharibə pul üçün edilir. Sülhü qoruyan da puldur”,- deyə o vurğulayıb.

Bizimyol.info

Mənbə: www.bizimyol.info