Bakı Bulvarında LED reklam monitorları quraşdırılacaq

Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyi LED reklam daşıyıcısının satın alındığını elan edib. Bu dəfə də müqavilə “Azon Plus” şirkətinə verilib.

Banker.az Dövlət satınalmaları reyestrinə əsasən xəbər verir ki, monitorların növbəti dəstinin çatdırılması Bakı bulvarına 193 min 355 manata başa gələcək.

2019-cu ilin əvvəlində “Dənizkənarı Bulvar İdarəsi” eyni şirkətdən 2 ədəd monitorun alınmasına 291 493 manat ödəyib.

Bildirək ki, “Azon Plus” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 10 manatdır.

Banker.az

ƏVVƏLKİ XƏBƏR

Qəbələ sakini Prezidentə müraciət etdi: " Zati aliləri cənab Prezident..."

SONRAKI XƏBƏR

Ermənistanın xarici işlər naziri ABŞ-ın Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb