“İNNOVA İNŞAAT” Silahlı Qüvvələrə pul köçürdü

“İNNOVA İNŞAAT” Silahlı Qüvvələrə pul köçürdü

“İNNOVA İNŞAAT” MMC milli ordumuzun haqq savaşına dəstək məqsədilə Azərbaycanın Silahlı Qüvvələrə Yardım Fonduna 10 000 manat pul köçürüb.

“Qafqazinfo” xəbər verir ki, şirkət rəsmiləri hər kəsi bu aksiyaya fəal qoşulmağa dəvət edir. “Bizim bir xalq olaraq birlik, həmrəylik, nizam-intizam nümayiş etdirməyimiz, ordumuza dayaq olmağımız və bir vətəndaş kimi üzərimizə düşən bütün vəzifələrimizi layiqincə yerinə yetirməyimiz vacibdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən şanlı Ordumuzla qürur duyuruq”.

Qarabağ Azərbaycandır!

Mənbə: qafqazinfo.az