Ermənistan Azərbaycanın enerji təhlükəsizliyini hədəfə alır - VİDEO

Ermənistan Azərbaycanın enerji təhlükəsizliyini hədəfə alır - VİDEO

Heç kimə sirr deyil ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində böyük əhəmiyyətə malikdir.

Ermənistanın rəsmi nümayəndələrinin dəfələrlə Azərbaycanı ixrac kəmərlərinə, neft-qaz nəqli üçün mühüm olan Səngəçal terminalına hücum edəcəkləri ilə hədələməsi də təsadüfi hal deyil. Enerji məsələsində də terrorçuluq xislətini ortaya qoyan Ermənistan, deyəsən anlamır ki, bu kəmərlərə zərər yetirmək onlara baha başa gələ bilər.

Regionda Azərbaycanın əsas partnyorları Türkiyə və Gürcüstandır. Hər iki ölkə indiki dutrumda həm də ölkəmizin haqlı mübarizəsini dəstəkləyir.

Azərbaycanın bu gün enerji və nəqliyyat layihələrini reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tbilisi-Qars xüsusi əhəmiyyətə malik layihələrdir.

Mənbə: www.realtv.az