Bu il Gürcüstanda 6 yeni SES istifadəyə verilib

Bu il Gürcüstanda 6 yeni SES istifadəyə verilib

2020-ci ildə Gürcüstanda ümumi quraşdırılmış gücü 27,47 MVt olan 6 yeni su elektrik stansiyası (SES) istifadəyə verilib.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.
Məlumata görə, bu ilin sonuna qədər ümumi quraşdırılmış gücü 3,72 MVt olan daha 3 SES-in istismara verilməsi planlaşdırılır.
 

Mənbə: anews.az