S&P: Azərbaycanda gələn il real ÜDM-nin artımı 2.9% proqnozlaşdırılır

S&P: Azərbaycanda gələn il real ÜDM-nin artımı 2.9% proqnozlaşdırılır

Azərbaycanın büdcəsinə təzyiqlər karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlərin və koronavirusun təsiri ilə qeyri-neft sektorundan yığılan vergilərin azalmasından qaynaqlanır.

Bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin açıqlamasında bidirilir.

Açıqlamada həmçinin qeyd olunur ki, artan mənfi risklər nəzərə alaraq, bu il və gələn il Azərbaycanın ümumi maliyyə balansında ümumi daxili məhsula (ÜDM) nisbətdə müvafiq olaraq 6,5% və 1,5% kəsir yaranacağını gözləyirik.

“Yaranmış qısamüddətli təsirlərdən başqa orta müddətli iqtisadi risklərin artdığını da düşünürük. Azərbaycan 2015-ci ildə karbohidrogen qiymətlərinin kəskin düşməsindən tam olaraq xilas olmayıb və bu il iqtisadi artım göstəriciləri bənzər neft ölkələrindən daha aşağı olacaq”, – deyə S&P bəyan edib.

Reytinq agenliyi Azərbaycanda real ÜDM-nin artımı ilə bağlı proqnozunu iyul ayı ilə müqayisədə dəyişməyərək bu il üçün 6,9% kiçilmə, gələn il isə 2,9% böyüyəcəyini gözləyir. Qeyd edək ki, Azərbaycan ÜDM-nin təxminən 40%-ni, dövlət gəlirlərinin 50%-ni və ixracatın 90%-dən çoxunu karbohidrogen sektorundan əldə edir.

Mənbə: banker.az