Vahid Ələkbərov neftin qiyməti barədə "BELƏ DAVAM ETSƏ..."

Vahid Ələkbərov neftin qiyməti barədə "BELƏ DAVAM ETSƏ..."

Neftin qiyməti çox aşağı səviyyədədir ki, bu da sənayedə investisiyaların azalmasına gətirib çıxarır.

Virtualaz.org bildirir ki, bunu “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov "Rossiya 1" telekanalında Nailə Əsgərzadənin "Təhlükəli virus. Qurtuluş planı" filmi üçün müsahibəsində deyib.

"Bu gün dünya üzrə böyük miqdarda neft konservləşdirilib və qiymət hələ ki, $40 civarında sabitdir. Əlbəttə ki, bu, aşağı qiymətdir. Sənayemizin investisiya aktivliyinin kəskin azalması gedir. Son nəticədə bu, neftin qiymətinin artmasına, bazarın sabitləşməsinə gətirib çıxaracaq-gələcəkdə», - deyə V.Ələkbərov vurğulayıb.

Xatırladaq ki, pandemiya dövründə yaranmış böhrana görə, “Lukoyl” təxminən 1,5 milyard dollarlıq layihələrini dondurmalı olub. “Əgər bu mərhələ davam edərsə, əlbəttə, biz investisiya proqramlarının azaldılmasına bir daha baxmalıyıq", — deyə “Lukoyl” rəhbəri bildirib.

 

Mənbə: virtualaz.org