"Kia Motors"un xalis mənfəəti kəskin azalıb

"Kia Motors"un xalis mənfəəti kəskin azalıb

Bu ilin yanvar-sentyabr aylarında Cənubi Koreyanın "Kia Motors" şirkətinin xalis mənfəəti 526 mlrd. von (təxminən 466,6 mln. ABŞ dolları) təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə azdır.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin hesabatında deyilir.

Hesabat dövründə şirkətin gəliri illik ifadədə 0,5% artaraq 42,258 trln. vona (37,5 mlrd. dollar) çatıb. Doqquz ayda "Kia Motors" 1 864 mln. avtomobil realizə edib ki, bu da illik ifadədə 10,3% azdır.

Bu ilin III rübündə şirkətin xalis mənfəəti 134 mlrd. von (119 mln. dollar) olub ki, bu göstərici son bir ildə 2,4 dəfə azalıb. Eyni zamanda, "Kia"nın gəlirləri ötən rüb 8,2% artaraq 16,322 trln. vona (14,5 milyard dollar) çatıb. Hesabat dövründə avtomobillərin satışı illik ifadədə 0,4% azalaraq 699 min vahid təşkil edib.

Qeyd edək ki, "Kia Motors" 1944-cü ildə təsis olunub. 5 ölkədə 14 zavoda malik olan şirkət hər il təxminən 3 mln. avtomobil istehsal edir.

Mənbə: apa.az