9 ayda 17.3 milyonluq yağ ixrac olunub - RƏSMİ

9 ayda 17.3 milyonluq yağ ixrac olunub - RƏSMİ

Bu ilin yanvar-sentyabr aylarında 17,7 min tondan çox bitki və heyvan mənşəli piy və yağ ixrac edilib.

Cebhe.info xəbər verir ki, bu haqda Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Bildirilib ki, ixrac edilən piy və yağların dəyəri 17,3 milyon dollar olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə 13,7 milyon dollarlıq 13,7 min ton bitki və heyvan mənşəli piy və yağlar ixrac edilib.

 

 

Mənbə: cebhe.info