“Müharibə Ermənistanda iqtisadi böhran yaradacaq” - İqtisadçı

“Torpaqlarımızın azad olması Ermənistan üçün təkcə siyasi və mənəvi yox, həm də iqtisadi böhran yaradacaq”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev deyib.

O bildirib ki, koronavirusun ölkə iqtisadiyyatına vurduğu bəla aradan qalxmamış müharibəyə girən Ermənistanı qaçqınların artması, dəyər yaradan işçi qüvvəsinin büdcə yükü yaradan əsgərə çevrilməsi, əhalinin ölkəni tərk etməsi səbəbindən demokqrafik böhranın yaranması iqtisadiyyat üçün yaxın dövrdə baş ağrısına çevriləcək:

“Ona görə Ermənistan rəhbərliyi təcili danışıqlar masasına oturaraq qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasına başlamalıdır. Əks halda danışıqlarda mövqelərinin zəifləməsi ilə yanaşı ölkədə iqtisadi böhranın daha da dərinləşməsinin şahid olacaqlar. Tezliklə ölkənin beynəlxalq kredit reytinqlərinin pisləşməsi qaçılmaz olacaq”.

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Qırğızıstanın keçmiş prezidenti aclıq elan edib

SONRAKI XƏBƏR

İqor Korotçenko: “Hərbi-texniki üstünlük Azərbaycanın tərəfindədir” - MÜSAHİBƏ