“Torpaqlarımızın azad olunması böyük ərazidə su problemini kökündən həll edəcək”- RƏSMİ AÇIQLAMA

“Torpaqlarımızın azad olunması böyük ərazidə su problemini kökündən həll edəcək”- RƏSMİ AÇIQLAMA

Azərbaycanın erməni təxribatına qarşı apardığı müharibədə bir neçə şəhər və çox sayda kəndlərimiz işğaldan azad edilib.

Məlumdur ki, Ermənistan faktiki olaraq Azərbaycana qarşı ekoloji terror törədib. Buna görə də işğaldan azad edilən ərazilər yenidən həyata qaytarılmalıdır.

Maraqlıdır, işğaldan azad olunan ərazilərimizdə hansı sahələrin inkişafı planlaşdırılır?

Kənd Təsərüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində kənd təsərrüfatının inkişafı qarşıda duran mərhələdə ən mühüm məsələlərdən biridir. Çünki kənd təsərrüfatı həm məşğulluğun təmin edilməsi, həm ərzaq təhlükəsizliyinin qorunması baxımından ən mühüm sahələrdən biri hesab olunur:

“Bu baxımdan cənab Prezidentin də qeyd etdiyi kimi, biz işğaldan azad edilmiş torpaqlara yenidən həyat verməliyik, həmin ərazilərimizin gələcək inkişafının planlaşdırılması aparılır. Bu istiqamətdə rayonlarımızın işğaldan əvvəlki illərdə hansı sahə üzrə ixtisaslaşması vacibdir. Təbii ki, Dağlıq Qarabağ və ətrafdakı rayonlarda əsasən üzümçülük, taxılçılıq, qismən pambıqçılıq, dağlıq ərazilərdə isə heyvandarlıq üçün geniş potensial olub. Zamanında bu potensialdan yüksək şəkildə istifadə edilib. Burada kənd təsərrüfatının sürətli inkişafını təmin edəcək bir amil var, o da təsərüfat suyu ilə təminatdır. Azərbaycanın, xüsusilə də Mərkəzi Arana qədər Qərb bölgəsinin təsərüfat suyu ilə təmin olunmasında ən önəmli rolu Dağlıq Qarabağ, həmçinin Kəlbəcərdə və ətraf ərazilərdə yerləşən su qaynaqları oynayıb. Buna görə də sovet dövründə həmin ərazilərdə böyük su tutumu olan anbarlar tikilib. Artıq həmin anbarlardan bir neçəsi müzəffər ordumuz tərəfindən işğaldaz azad edilib. Suqovuşan anbarından Tərtər çayının su axınına suyun verilməsi təmin olunub”.

KTN sözcüsü deyir ki, indiki məqamda bu amil 20 min hektar sahənin təsərüfat suyu ilə təmin olunmasına imkan verir:

“Gələcəkdə “Sərsəng”, “Xaçınçay”, “Ağdam”, “Xudafərin”, “Qız Qalası” su anbarlarının tam şəkildə istismara verilməsi təkcə Dağlıq Qarabağ ərazilərinin deyil, Mərkəzi Arana qədər böyük bir ərazinin təsərrüfat suyu ilə təmin olunması problemlini kökündən həll etmiş olacaq. Bu xüsusilə də indiki qlobal istiləşmə, quraqlığın kənd təsərrüfatına təsirlərinin artdığı bir dövrdə çox vacib elementdir. Təbii ki, inkişaf proqramları həyata keçirilərkən bir sıra amillər nəzərə alınmalıdır – torpağın balansı, su, torpaq resurslarında səmərəli istifadə ilə bağlı planlaşdırma, rayonların ixtisaslaşmasının müəyyənləşməsi vacibdir. Bu və digər amillər üzrə cənab Prezidentin tapşırığı üzrə gələcək inkişaf planları hazırlalanır. Bizim üçün ən əsas model “Cocuq Mərcanlı modelidir. Bu kəndə yatırılan investitsiya və dövlət siyasəti hesabına 8 ay ərzində infrastruktur və kənd təsərrüfatı sıfırdandan tam bərpa olunub. Dağlıq Qarabağ və işğaldan azad olunmuş digər ərazilərimizdə kənd təsərrüfatının gələcək inkişafında Cocuq Mərcanlı modelini əsas götürə bilərik”.
Xatirə Nəsirova

Cebhe.info

Mənbə: cebhe.info