Türk lirəsi heç vaxt olmadığı həddə ucuzlaşdı

Türk lirəsi heç vaxt olmadığı həddə ucuzlaşdı

Türk lirəsi tarixinin ən ağır günlərindən birini yaşayır. Qardaş ölkə valyutasının dəyəri rekord həddə qədər düşüb.

Bizimyol.info xəbər verir ki, dollara nisbətdə psixoloji 8 həddini keçib. İndi ABŞ valyutası Türkiyədə 8.09 lirəyə təklif olunur. Avro 10 həddinə yaxınlaşır. Oktyabrın 26-da Avropa valyutası 9.55 lirə civarında satılır.

Türk lirəsinin dəyər itirməsinin əsas səbəblərindən biri kimi Mərkəzi Bankın faiz dərəcəsini kəskin aşağı salması göstərilir. Mərkəzi Bank buna görə zamanla çox tənqid olunub. Amma dövlət qurumu prosesə yalnız ayrı-ayrı epizodlarda kiçik müdaxilələrlə keçinir. Bu gün faiz dərəcəsinin 10.25-də saxlanılması, artırılmaması da tənqid atəşinə tutulub.

Beynəlxalq ekspertlər başqa səbəblər də göstərir. Məsələn, bölgədə iki müharibənin getməsi ciddi təsir göstərir. Həm Suriya, həm də Qarabağ döyüşləri lirəyə etimadı azaldır.

Lirə 2020-ci ilin əvvəlindən 30 faizdən çox dəyər itirib. İlin ilk günlərində dollar 6 lirədən baha təklif edilmirdi.

Mənbə: www.bizimyol.info